фото Seymur Memmedov Ata

Seymur Memmedov - Ata mp3

Исполнитель: Seymur Memmedov / Песня: Ata / Длительность MP3: 3:39 / Размер MP3: 6.7 MB / Битрейт MP3: 256 / Категория: Азербайджанские песни / Дата релиза: 5-09-2020, 12:58 / Скачано: 985

Песня Seymur Memmedov - Ata слушать онлайн, скачать бесплатно



Предыдущая музыка
Следующая музыка
Текст песни
Hələ mən körpəkən, itirdim səni,

Mən nələr çəkmişəm, bilirsənmi sən?.

Getdin gedişinlə, bitirdin məni,

Məni uzağlardan, görürsənmi sən?...

~~~

Ağladım gecələr, yenə gəlmədin,

Tək Anam olmuşdu, dərdimə həmdəm.

Əlin çatmadı, göz, yaşım silmədin,

Bir ömür boyu mən, çox çəkmişəm qəm...

~~~

Hər dəfə ətrafda, görərdim yenə,

Atalar qızıyla, marağlanırdı.

Dolardı gözləri, baxanda mənə,

Anamın ürəyi, çox dağlanırdı...

~~~

Sənsiz çox darıxır, mənim ürəyim,

Atasız çox çətin, həyat övlada.

Tək sənsən ay Ata, mənə gərəyim,

Həmişə Atacan, düşürsən yada.

~~~

Hər günü eyni qəm, eyni dərd ilə,

Beləcə məktəbi, vurdum mən başa.

Olmazdı mənimdə, ürəyim gülə?,

Sanki bu ömrümü, yaşadım boşa...

~~~

ATA! bax indidə, mən uşağlara,

Atasız dünyanın, nadanlığından.

Danışıb deyirəm, hər gün onlara,

Atanın dünyaya, sultanlığından...

~~~

Bilirsən doğrusu, ürəyim yanır,

Kaş belə olmuya, heçkimə həyat.

Övlad var qocalan, Atasın danır,

Övlad var Atasız, yatmayır rahat...

~~~

Doğrudur durmayır, ürəyim rahat,

Hər gecə gəzirəm, yuxuda səni.

Mən səni gəzirəm, hər gün hər saat,

Nə olar bir dəfə, sevindir məni...

~~~

Nə olar rahat yat, məzarda canım,

Hər bir şey yaxşıdı, olma narahat.

Doğrudur sıxlır, amma sol yanım,

Yuxun şirin olsun, ruhun olsun Şad...